KXCP Bakıda mitinq keçirəcək

kxcp-bakida-mitinq-kecirecek
Oxunma sayı: 635

Partiyadan “Qafqazinfo” ya verilən məlumata görə, iclasda qərarların icra vəziyyəti, ölkədəki ictimai- siyasi durum və qarşıda duran vəzifələr müzakirə olunub.

Həmçinin, qərarların icrası haqda məsələ müzakirə edilib və müvafiq sənəd qəbul edilib.

Toplantının sonunda KXCP İdarə Heyəti 2012-ci il iyun ayının 24-də TÜRKLÜK Günü münasibətilə Bakı şəhərində mitinq keçirmək haqqında qərar qəbul edib.

“Kür” Vətəndaş Cəmiyyəti Qərargahının əlaqələndiricisi Oqtay Gülalıyevin qanunsuz həbsi ilə bağlı məsələni müzakirə edən İdarə Heyəti onun saxlandığı şəraitdə həyatına təhlükə olduğunu ictimaiyyətin diqqətinə çatdırıb və hər hansı hadisənin baş verəcəyi halda bütün məsuliyyətin Azərbaycan hakimiyyətinin üzərinə düşdüyünü bəyan edib.


Mirvari Nəcəf