KXCP bəyanat qəbul etdi

kxcp-beyanat-qebul-etdi
Oxunma sayı: 641

İclasda KXCP sədri Mirmahmud Mirəlioğlu qərarların icra vəziyyəti barədə məlumat verib. O, 22 avqust- Savalanı ziyarət günü münasibəti ilə Partiyanın Sədr Aparatında müzakirələr aparıldığını və Tədbirlər Planı hazırlandığını bildirib. Qərara alınıb ki, Fəxri Xiyabanda Elçibəyin ziyarəti 22 avqust saat 11 00- başlanılsın.

İclasda ölkədəki mövcud ictimai siyasi vəziyyətlə bağlı bəyanat qəbul olunub. Bəyanatda;
- bir neçə ay öncə pensiyaların artırılması ilə bağlı prezident sərəncamının imzalanmasına baxmayaraq sərəncamın bir çox yerlərdə yerinə yetirilməməsi və pensiyaların vətəndaşlara çatdırılmaması;
- son zamanlar orduda ölüm hallarının artmasının davamlı xarakter alması;
- mülkiyyət hüquqlarının kütləvi halda pozulması, tarix mədəniyyət abidələrinin dağıdılması;
- 2011- ci ilin əvəllərində dövlət başçısının Bakı və Bakı ətrafı evlərin, tikililərin sənədləşməsi ilə bağlı imzaladığı sərəncamın icra olunmaması kəskin pislənilir, Azərbaycan hakimiyyətindən bütün bu qanunsuzluqlara son qoyulması tələb olunur.