KXCP sədri Azərbaycan xalqını təbrik edib

KXCP sədri Azərbaycan xalqını təbrik edib
Oxunma sayı: 135

"Dəyərli soydaşlarım, əziz müsəlman qardaş və bacılarım!
Mübarək Ramazan ayının başlaması münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, Allahdan öz gözəl nemətlərini sizlərdən əsirgəməməsini arzulayıram.

Bu əziz və müqəddəs ayın əzəmət və fərəhi o qədər böyük, mahiyyəti o qədər dərindir ki, bunu dərk etmək insana hədsiz səadət, hüdudsuz fəxarət bəxş edir. Ramazan ayında ibadətlərini Allaha məhəbbətlə tamamlayan soydaşlarımızın oruclarının qəbul, dualarının qarşılıq qazamasını diləyirəm.

Ramazan dözüm, mərhəmət, xeyirxahlıq, kasıblara, kimsəsizlərə əl tutmaq kimi Allaha xoş gedən əməllər ayıdır. Bu əməllərin sahibi olanlar həm də qəlbində vətənə, dövlətə, bayrağa, ümmətə və ümumən insana və insanlığa sevgi gəzdirənlərdir. Sizin hər birinizi bir daha təbrik edir, Allahdan xalqımıza səadət arzulayıram.

Ramazan ayınız mübarək!"


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi