Şimali Koreyadan hidrogen bombası xəbərdarlığı

simali-koreyadan-hidrogen-bombasi-xeberdarligi
Oxunma sayı: 1852

Şimali Koreya Sakit okeanda ən güclü hidrogen bombasını sınaqdan keçirə bilər.

“Qafqazinfo” “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə Renhap agentliyi məlumat yayıb.

“Bu Sakit okeanda ən güclü hidrogen bombası partlayışı ola bilər. Bu barədə son qərarı Kim Çen In verəcək”,-deyə KXDR-in XİN rəhbəri Li Yon Xo söyləyib.

Nazirin bəyanatı ABŞ prezidenti Donald Trampın BMT-nin Baş Assambleyasındakı çıxışına cavab olaraq verilib.