KXDR növbəti raket sınağına hazırlaşır - Kəşfiyyat

KXDR növbəti raket sınağına hazırlaşır
Oxunma sayı: 435

ABŞ kəşfiyyatı Şimali Koreyanın növbəti raket sınağına hazırlaşdığını bildirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə NBC telekanalı hərbi mənbələrə istinadən məlumat yayıb.

Məlumata əsəsən, son iki gündə KXDR-in raket buraxılışı avadanlığını hərəkətə gətirdiyi və start meydançalarında müvafiq işlərin apardığı müşahidə olunub.

Qeyd edək ki,  BMT Təhlükəsizlik Şurası Şimali Koreyaya qarşı sanksiyaları yekdilliklə qəbul edib. 2375 saylı sanksiya BMT Təhlükəsizlik Şurasının XXI əsrdə qəbul etdiyi ən sərt qətnamədir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi