Laçına görə toplaşdılar

lacina-gore-toplasdilar
Oxunma sayı: 643

“Qafqazinfo” xəbər verir ki, tədbirdə millət vəkili Çingiz Qənizadə, Laçın rayon icra hakimiyyətinin nümayəndəsi Yaqut Cabbarov, Nazirlər Kabinetinin nümayəndəsi Cəli Hacıyev və Laçın ziyalıları iştirak ediblər. Öz nitqində Çingiz Qənizadə erməni işğalı nəticəsində dövlətimizə, xalqımıza dəyən maddi və mənəvi zərərdən danışaraq minlərlə vətəndaşımızın hüquqlarının pozulmasından danışıb.

Tədbirdə Tural Məmmədov Laçın rayonunun tarixindən geniş danışaraq, həmçinin baş verən hadisələrin tarixi-siyasi səbəblərindən danışaraq erməni işğallarını pisləyərək,tarixi-etnik ərazilərimizdə ermənilərin məskunlaşdırlımasını əleyihimizə yönəlmiş böyük siyasətin tərkib hissəsi olduğunu qeyd edib. Bundan əlavə T.Məmmədov gənclər arasında vətənpərvərlik işinin təbliğinin vacibliyini qeyd edib. Tədbir Laçın ziyalılarının çıxışları ilə sona çatıb.