Laçında hər yeni doğulan erməniyə 244 dollar verilir

lacinda-her-yeni-dogulan-ermeniye-244-dollar-verilir
Oxunma sayı: 1255


“Qafqazinfo” modern.az-a istinadən xəbər verir ki, buna əsas səbəb kimi o, qonradma  “DQR” “hökuməti”nin əhalinin rifahına yönəlmiş siyasətini göstərib. V.Baqdasaryanın sözlərinə görə, doğum və çoxuşaqlılığın stimullaşdırılması üçün tətbiq edilən proqrama əsasən “rayonda”, o cümlədən “rayon”un “Berdzor” adlanan inzibati mərkəzi Laçında hər doğulan erməni uşağa görə 100 min dram (təxminən 191 AZN, yaxud 244 dollar), hər 2-ci uşağa 200 min dram (282 AZN) pul ödənilir. 3-cü uşağa görə isə hər erməni ailəsinə 500 min dram (955 AZN) vəsait ödənilir və üstəlik, eyni məbləğdə vəsait ödənməklə bankda ailə başçısının adına hesab açılır. 4-cü övladdan başlayaraq isə 9000 dram (17.21 AZN) aylıq müavinət, eləcə də 2 yaşınadək körpələrə qulluq üçün 15 min dram (29 AZN) vəsait ayrılır. 6-cı uşağa görə artıq hər erməni ailəsinə hökumət hesabına şəxsi ev verilir.

Xatırladırıq ki, 2013-cü ilin yanvarından etibarən Azərbaycanda hər doğulan yeni uşağa görə 82 manat 50 qəpik (təxminən 105 dollar) birdəfəlik vəsait ödənilir. Müqayisə üçün digər ölkələrdə uşaqlara ödənilən vəsaitlərin məbləği ilə maraqlandıq. 

Rusiya Federasiyasında bir uşaq üçün aylıq müavinət 400 dollardan artıqdır. Hər bir uşaq 18 yaşına qədər bu pulu alır. Ailədə uşaqların sayı artdıqca, bu pulun da həcmi artır. Ermənistanda birinci və ikinci uşaq üçün 135 dollar müavinət verilirsə, üçüncü uşağın doğulması ilə məbləğ 1200 dollara çatır. 

Ukraynada birinci uşağa görə 1800, ikinci uşağa görə 3570, üçüncü uşaq üçün isə 7140 dollar müavinət nəzərdə tutulub. 

Qazaxıstanda isə birinci, ikinci və üçüncü uşağa görə 300 dollar, dördüncü uşaqdan başlayaraq 515 dollar birdəfəlik müavinət verilir. 

Latviyada isə hər doğulan uşağa görə ailəyə 560 avro müavinət ödənilir. 

Avstriyada birinci uşağın 10 yaşına çatmasına qədər ailəyə 130 avro, 19 yaşına qədər 153 avro, ikinci uşağa görə müvafiq olaraq 144 və 165 avro, üçüncü uşağa görə 166 və 188 avro, dördüncü uşağa görə isə 181 və 203 avro müavinət verilir. Uşaq ali məktəbə qəbul olduğu halda müavinət 27 yaşa qədər ödənir. 

Almaniyada üç yaşına qədər hər bir uşağa ayda 270 avro pul verilir. 

ABŞ-da bu məbləğ 680 dollar, Böyük Britaniyada 500 funt sterlinqdən artıqdır. 

Hətta, sosial tələblərə görə üsyanlar baş verən ərəb ölkələrində də vəziyyət xeyli yaxşıdır. Tunisdə 400 dollardan aşağı müavinət yoxdur. Liviyada isə hər doğulan uşağa görə dövlət 7000 dollar pul ödəyir. Birləşmiş Ərəb Əmirliyi isə göstəriciyə görə hamıdan öndədir. Bu ölkədə 20 min dollardan aşağı müavinət yoxdur.