Lady Qaqa milyonlar qazandı

Lady Qaqa milyonlar qazandı
Oxunma sayı: 252

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Lady Qaqa Yaponiyadakı zəlzələdən sonra böyük miqyaslı xeyriyyə aksiyasına start verib. “Lady Gaga Japan earthquake relief wristbands” (Lady Qaqa Yaponiya zəlzələsi üçün yardım bilərzikləri) şüarı ilə bütün dünyada qolbaqlar satılmağa başlayıb. Bir bilərziyin qiyməti cəmi 5 dollar təşkil edib. Aksiyadan əldə olunan qazanc isə təxminən 3 milyon dollar olub. Qaqa toplanan pulu təbii hadisənin qurbanlarına göndərməyə söz verib. Lakin 1800LAWFIRM şirkətinin hüquqşünasları isə aydınlaşdırıblar ki, aksiyadan yığılan pul elan olunan məbləğdən çox olub və bütün artıq pul müğənninin öz hesabına köçürülüb.

Nəticədə 1800LAWFIRM firması Lady Qaqaya və onun bu aksiyadakı partnyorlarına qarşı iddia qaldırıblar. Şirkətin hüquqşünasları bildiriblər ki, onlar Lady Qaqanın Yaponiyada qurbanlar üçün nəzərdə tutulmuş aksiyadakı sui-istifadəni aşkar etmək və ianələrin tam məbləğini qaytarmaq niyyətindədirlər.

Nərgiz Ehlamqızı


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi