Lahıcda yanğın olub

lahicda-yangin-olub
Oxunma sayı: 920



İsmayıllı rayonu, Lahıc qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan ikimərtəbəli 6 otaqlı evin 1-ci mərtəbəsində mətbəxdə məişət qaz balonunun ani alışması nəticəsində yanğın hadisəsi baş verib. “Qafqazinfo” FHN-in saytına istinadən xəbər verir ki, nəticədə mətbəxin lambirdən ibarət tavanı 10 kv. m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 10:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.