Lalə Məmmədova konsert verib - Fotolar

lale-memmedova-konsert-verib
Oxunma sayı: 1829

Mayın 25-də Azərbaycan Dövlət Filarmoniyasında əməkdar artist Lalə Məmmədova solo konsert proqramı ilə çıxış edib. Konsert “Mədəniyyət” kanalının və Azərbaycan radiosunun birgə təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilib.

"Qafqazinfo" xəbər verir ki, Lalə Məmmədovanın ifasında Azərbaycanın görkəmli bəstəkarları Fikrət Əmirov, Niyazi, Rauf Hacıyev, Səid Rüstəmov, Tofiq Quliyev, Vasif Adıgözəlov, Arif Məlikov və digərlərinin mahnıları səslənib.

Müğənnini konsert boyu əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovun dirijorluğu ilə Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına Dövlət Simfonik Orkestri müşayiət edib.

Konsertdə ictimai simalar, eyni zamanda tanınmış incəsənət və mədəniyyət xadimləri qonaq qismində iştirak ediblər.

Nigar