Lalə qayda pozdu... - Qızını da təhlükəyə atdı

lale-qayda-pozdu
Oxunma sayı: 4613

Tanınmış aparıcı Lalə Əlimuxtarova instaqramda paylaşdığı video müzakirələrə səbəb olub.  “Qafqazinfo” xəbər verir ki, o, sosial şəbəkədə yayımladığı görüntülərdə yol hərəkəti qaydalarını pozduğu məlum olub.

Belə ki, aparıcı 3 yaşlı qızı Melisanı ön oturacaqda əyləşdirib, nə özü, nə də övladına təklükəsizlik kəməri bağlayıb.  Bu məqamda bildirək ki, qanuna uyğun olaraq 12 yaşından aşağı olan uşaqlar xüsusi oturacaqlarda əyləşməlidir. Uşaq oturacaqlarından istifadə etməyən sürücüləri 60 manatlıq cərimə və 3 cərimə balı gözləyir.

Həmçinin, İnzibati Xətalar Məcəlləsinin (İXM) 329.1-ci maddəsinə əsasən, sürücüyə hərəkətdə olan nəqliyyat vasitəsində kəməri bağlamamasına görə ona 40 manat cərimə tətbiq olunur.

Bundan əlavə, Lalə maşın hərəkətdə olan zaman telefonda istifadə edərək qızı və özünü lentə alıb. Qeyd edək ki, İXM-in 342.6 maddəsinə əsasən nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə 50 manat məbləğində cərimə nəzərdə tutulur.

L. Əlimuxtarova instaqram hesabında onun videosuna yazılan tənqidi şərhlərə cavab verib. O,  “Əslində biz yol getmirik, məhlədəyik. Əksəriyyəti elə bilir ki, yol gedə-gedə çəkmişəm. Yox, məhlədəyik” – rəyini yazıb.