Lalə Şövkət bəyanat verdi

lale-sovket-beyanat-verdi
Oxunma sayı: 633

“Qafqazinfo”nun məlumatına görə, bu fikirlər ALP lideri Lalə Şövkətin verdiyi bəyanatdandır. Bəyanatda bildirilir ki, Azərbaycan Liberal Partiyası qondarma "erməni soyqırımı" məsələsinin Fransa parlamentində gündəmə gətirilməsini qəbuledilməz, ədalətsiz siyasi aksiya kimi dəyərləndirir və əmindir ki, bu təkcə qardaş Türkiyənin deyil, həm də Azərbaycanın milli maraqlarına qarşı yönəlmiş bir addımdır: “Bu məsələ Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransaya Azərbaycan ictimai rəyində inamını kəskin şəkildə sarsıdaraq, hətta Fransanın həmsədrlikdən uzaqlaşdırılmasına dair məsələni gündəmə gətirə bilər.

ALP Azərbaycan-Fransa münasibətlərinə böyük əhəmiyyət verərək, dövlətlərarası əlaqələrimizin gücləndirməsinə müsbət yanaşaraq, Fransa rəhbərliyini, parlamentini ölkələrimizin dost münasibətinə zərbə vura biləcək uydurma "erməni soyqırımı"nı parlamentin gündəmindən dərhal çıxarmağa çağırır”.