Lalə Şövkətin Partiyası toplandı

Lalə Şövkətin Partiyası toplandı
Oxunma sayı: 118

İclasda ölkədə və regionda ictimai-siyasi vəziyyətlə bağlı ALP sədri Əvəz Temirxan geniş məruzə ilə çıxış edib. Temirxan qeyd edib ki, ALP bütün beynəlxalq görüşlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində 1948-1953-cü illərdə və 1 yanvar 1988-ci ildən sonra Ermənistandan deportasiya olunmuş və etnik təmizləməyə məruz qalmış azərbaycanlıların vətəndaş hüquqlarının bərpasını dəyişməz şərt kimi müdafiə edir.

Partiyanın təşkilatlanma məsələlərinə dair ALP İK sədri Məmmədzadə məlumat verib, qarşıda duran işlərdən danışıb və rayon təşkilatlarının rəhbərlərinə tapşırıq verib.

İclasda həmçinin rayon təşkilatlarının sədrləri - Suraxanıdan Solmaz Əzizova, Şirvandan Məhərrəm Qanbayev, Sabunçudan Xurşud Abbasova, Yasamaldan Fəxrəddin Hüseynov və digərləri çıxış ediblər.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi