Lalədən Elnurə Mədətovaya dəstək

laleden-elnure-medetovaya-destek
Oxunma sayı: 3297

Əməkdar artist Lalə Məmmədova prodüser Anar Mədətovdan boşanmağa hazırlaşan Elnurə Mədətovaya dəstək olub. “Qafqazinfo” xəbər verir ki, müğənni instaqramda onun fotosunu paylaşaraq rəfiqəsinin yanında olduğuu qeyd edib:

“Heç bir qadın gələcəyini bir adamın vicdanına, eşqinə, günün sonunda ağlının qarışmasına icazə verməməlidir. Səni sevirəm, dünyanın ən gözəl qadını, fədakar anası, zəhmətkeş insanı, vəfalı dostu”.

Xatırladaq ki, A. Mədətov rəsmən ayrılmasa da, Samirə adlı vizajistlə toy etməyə hazırlaşır. Prodüserin oğlu, tanınmış futbolçu Mahir Mədətov isə atasının bu addımına etiraz edərək soyadından imtina edib.