Lamiyə cinayətinin dəhşətli- - Təfərrüatları

lamiye-cinayetinin-dehsetli-
Oxunma sayı: 9832


Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi, ədliyyə müşaviri Quliyev Valeh İbiş oğlu tərəfindən ibtidai istintaqın qurtarması ilə əlaqədar təqsirləndirilən şəxslər Əliyev Vüqar İbrahim oğlunun Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.3, 12.2.4, 152, 170.3, 177.2.1, 228.4-cü maddələri, Quliyeva Lamiyə Sahib qızının Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.3, 12.2.4, 152, 177.2.1-ci maddələri, İsmayılov İbrahim Əli oğlunun Azərbaycan Respublikası CM-nin 188, 134, 307.3-cü maddələri, Sadıqov ArzuXalid oğlunun Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə ittiham olunmalarına dair 60673 saylı cinayət işi üzrə tərtib olunmuş

İTTİHAM AKTI

21 avqust 2003-cü il

Bakı şəhəri

Həmin cinayət işi 9 may 2003-cü il tarixdə gecə saat 2radələrində Şəmkir şəhərində "SMU-28" adlanan ərazidə, Morul su arxında Şəmkir şəhər sakini Aslanov Ruslan Aslan oğlunun üzərində zorakılıq əlamətləri olan meyitinin tapılması faktı üzrə Şəmkir rayon Prokurorluğu tərəfindən Azərbaycan RespublikasıCM-nin 120.1-ci maddəsi ilə başlanaraq cinayət işi ibtidai istintaq davam etdirilməsi üçün Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə təqdim olunmuşdur. Həmin gün iş üzrə istintaq qrupu yaradılaraq ibtidai istintaqın aparılması mənə tapşırılmışdır. 10 may 2003-cü il tarixdə Şəmkir şəhəri, İsmət Qayıbov küçəsi, 7 saylı evdə yaşayan Əliyev Vüqar İbrahim oğlu və onun nişanlısı, Şəmkir şəhəri, İ.Məmmədov küçəsi, 70 saylı evdə yaşayan, yetkinlik yaşına çatmamış Quliyeva Lamiyə Sahib qızı qəsdən adam öldürmədə şübhəlişəxs kimi tərəfimdən tutulmuşlar. 

Təqsirləndirilən şəxs Quliyeva Lamiyə Sahib qızı ona Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.3, 120.2.4, 177.2.1-ci maddələri ilə elan olunan ittihamda özünü təqsirli bilmiş, istintaq zamanı istər şahid, istərsə də şübhəli və təqsirləndirilən şəxs kimi ifadələrində 7-ci sinifdəoxuyarkən Vüqar Əliyev onlara zəng edərək bir neçə dəfətelefonla danışmış, onunla görüşüb biri-birini istəmişlər, 3 aprel 2003-cü il tarixdə nişanlanmışlar. Nişan mərasimindən bir neçə gün sonra cinsi əlaqədə olmuşlar. Bu zaman nişanlısı onun qızlıq bəkarətinə malik olmadığını görüb dalaşmış, qızlığının kim tərəfindən pozulmasını soruşmuşdur. O, əvvəllər Ruslan Aslanovla bir-birilərini sevdiklərini və qızlığının 2001-ci ilin yazında sonuncu tərəfindən pozulduğunu etiraf etməyə məcbur olmuşdur. Vüqar Əliyev bu söhbətdən sonra Ruslan Aslanovla söhbət etməyə məcbur olmuşdur. 

Vüqar Əliyev bu söhbətdən sonra Ruslan Aslanovla görüşmüş, nişanlısı ilə onun cinsi əlaqədə olub-olmamasını dəqiqləşdirmək məqsədi ilə söhbətlər aparmış, lakin Ruslan Aslanov onunla söhbətlərində L.Quliyeva ilə cinsi əlaqəsini inkar etmişdir. Bundan sonra Vüqar ona yalan danışdığı və qızlığının kim tərəfindən pozulduğunu düzgün bildirmədiyini bəhanə edərək nişanı qaytarmaqla hədələmiş, həqiqətən də qızlığının R.Aslanov tərəfindən pozulduğunu təsdiq etdirmək üçün onunla birlikdə görüşməyi təklif etmişdir. 

Həmçinin V.Əliyev ona bildirmişdir ki, əgər onun yanında Ruslanın üzünə durub qızlığının sonuncu tərəfindən pozulduğunu sübut edərsə o, Ruslanı öldürəcək və yalnız bundan sonra Lamiyə ilə evlənəcək. Çünki Ruslan sağ qalarsa, o heç vaxt Lamiyə ilə evlənməyəcəyini və onun yanında başı aşağı olmaq istəmədiyini göstərmişdir. 2003-cü ilin aprelin axırlarında Vüqar onların evinə xəncər formalı bıçaq gətirərək ona verib gizlətməyi tapşırmış, Ruslanla görüşə gedərkən götürəcəyini bildirmişdir. 8 may 2003-cü il tarixdə Vüqar onların evinə gələrək axsam saat 22 radələrində Ruslanla görüş təyin etdiyini və həmin görüşə hazırlaşmağı tapşırmışdır. Saat 22 radələrində Vüqar gələrək görüş vaxtının çatdığından ona tələsik paltosunu geyməyə və bıçağı götürüb paltosunun altında gizlətməyə məcbur etmiş, birlikdə görüş yerinə yollanmışlar. 

Onlar İ.Məmmədov küçəsinin sonunda qara rəngli "VAZ 2107" markalı maşınla dayanmışRuslanla görüşüb əvvəlcə yolun kənarında söhbət etmişlər sonra isə söhbəti kənar yerdə davam etdirməkdən ötrü Vuqarın təklifi ilə maşına oturub şəhərdən kənara "SMU 28" deyilən yerə gəlmişlər. Maşını yolun kənarında saxladıqdan sonra Ruslanla onun arasında mübahisə baş vermişdir. Paltosunun altında gizlətdiyi bıçağı çıxararaq qəflətən sürücü sükanı arxasında oturmuş Ruslanın kürək nahiyəsinə iki zərbə vurmuş, lakin əli bıçağın dəstəyindən sürüşüb kəsildiyi üçün bıçağı maşının döşəməsinə tullamışdır. Bu zaman R.Aslanov maşından düşüb qaçmağa cəhd etmiş, Vüqar yerə düşmüş bıçağı götürüb onu arxadan çataraq bir neçə zərbə vurmuş, taqətsiz hala düşən R.Aslanovu yaxınlıqdan keçən su arxının içərisinə tullamışdır. Onlar hadisə yerindən qaçıb kənarlaşarkən R.Aslanovun yerə düşmüş mobil telefonuna zəng daxil olmuşdur. V.Əliyev telefonu yerdən qaldırıb batareyasını ayırıb tullamış telefonu isə özü ilə götürmüşdür. Onlar birlikdə evlərinə tərəf qaçarkən paltosunun və ayaqqabılarının maşında qaldığını zənn edib yenidən maşına qayıtmış paltosunu tapıb götürmüş, lakin ayaqqabılarını tapa bilməyərək qaçıb hadisə yerindən uzaqlaşmışdır. 

Onlar birlikdə evlərinə gələrək üst-başlarının qanını hamamda təmizləmişlər, anası Kifayət Vüqara təzə köynək vermiş, onun qanlı köynəyini isə aparıb hamama qoymuşdur. Özləri ilə götürdükləri bıçağı və R.Aslanovun mobil telefonunu Vüqar Əliyev evin tualetinə tullamışdır. Gecə saat 00:30 radələrində həyət qapısının səsinə oyanan anası Vüqarın qardaşı Eynurla birlikdə gəldiklərini görmüşlər. Sonuncu onlara müraciət edərək Vüqarın axşam onlarda olub-olmamasını soruşduqda Vüqar bildirmişdir ki, "artıq hər şey məlumdur, Ruslan mənimlə görüşəcəyini dostlarına deyib, onlar isə gəlib Ruslanın harada olmasını məndən soruşurlar"-demişdir. Bu söhbətdən sonra onlar çıxıb gediblər. 9 may 2003-cü il tarixdə saat 3-4 radələrində gözlənilmədən Vüqarın anası Məlahət və qardaşı onlara gəliblər. Onlar Aslan Aslanovun oğlu Ruslanın öldürüldüyünü və bu işdə Vüqarın şübhə doğurduğunu, onun polis şöbəsinə aparıldığını bildiriblər və xahiş ediblər ki, soruşsalar Vüqarın 8 may 2003-cü il tarixdə saat 20-dən 24 radərələrinə kimi onlarda olduğunu desinlər. 

L.Quliyeva ifadəsinin yerində yoxlanması zamanı dediklərini bir daha təsdiq etmiş 8 may 2003-cü il tarixdə Ruslan Aslanovla görüşdükləri, "SMU 28" adlanan ərazidə maşının dayandığı yeri, Vüqar Əliyevin Ruslana bıçaq zərbələri vurub onu su arxına atdığı yeri, eləcə də yaşadıqları evin tualetində xəncəri və R.Aslanova məxsus mobil telefonun atıldığı yeri göstərmiş, həmin istintaq hərəkətlərinin videoçəkilişi aparılaraq istintaq materiallarına əlavə olunmuşdur. 

Lamiyə Quliyeva ifadələrini Vüqar və Eynur Əliyevlərlə üzləşmə zamanı bir daha təsdiq etmişdir. e. 3 i.v.239-241. Məhkəmə-kriminalistik ekspertizasının 14 may 2003-cü il tarixli, 3613, 3614, 3615 saylı rəyi ilə müəyyən olunur ki, mərhum R.A.Aslanovun gödəkçəsinin, şalvarının və poluverinin üzərində olan liflər V.Əliyevin paltarlarının və L.Quliyevanın mantosunun tərkib liflərinə uyğun gəlir. Eləcə də V.Əliyevin poluverinin və L.Quliyevanın mantosunun üzərində tapılmış liflər cinsi əlamətlərinə görə, Ruslan Aslanovun poluverinin liflərinə uyğundurlar. R.Aslanovun idarə etdiyi "VAZ 2107" markalı maşının sağ oturacağının çexolunun üstündə tapılmış liflər arxa oturacağın üstündə tapılmış qara rəngli poliamit liflər tərkibinə görə V.Əliyevin və L.Quliyevanın əynində olan paltarlarınliflərinə uyğundur. R.Aslanova məxsus paltarların səthindəki zədələr hər iki tərəfi kəsici xəncərin, yəni tədqiqata təqdim olunmuş xəncərin təsirindən yarana bilər.

Lamiyə Quliyeva həmçinin ifadəsində göstərir ki, Vüqar mənə bildirdi ki, biz görüşməliyik, mən görüşə getməyə razılıq verdim. Amma bıçaqsız getməyi xahiş etdim. Vüqar isə mənə dedi ki, bıçağı götürməsən səni öldürəcəm. Saat 22 radələri olardı kimsə mənə "səni Vüqar çağırır" dedi. Onunla öz otağımıza keçdik. Vüqar söylədi ki, mənə sübut edə bilsən onu öldürəcəm. Vüqar Ruslana maşını "SMU28" deyilən yerə sürdürdü.Sual ediləndə ki, onun bakirəliyini pozmusan, Ruslan bunu inkar etdi. Belə olan halda Vüqar əlinə sellofan torba keçirib bıçağı ona verməyi mənə işarə etdi. Vüqar oturan tərəfdən sakitcə bıçağı mantonun altından çıxarıb ona verdim. Vüqar ilk bıçaq zərbəsini sağ tərəfə əyilərək Ruslanın kürəyinin sağ nahiyyəsindən vurdu. Ruslan Vüqarın onu vurmasını gözləmirdi. Ruslan Vüqara "Sən bilirsən nə edirsən? Məni nə üçün vurursan?" deyərək əlbəyaxa olmağa başladılar. Vüqar onu yenə də vurmağa cəhd göstərirdi. Bıçaq uzun olduğu üçün maşının tavanına dəyirdi. 

Vüqar hara gəldi Ruslanın bədəninə zərbə vurmaq istəyirdi. Mən onları aralamaq istədikdə bıçaq əlimi kəsdi. Ruslan maşının qapısını açaraq yerə düşdü və bizdən aralanmaq istədi. "O yaralıdır qaçıb getsə bizim hamımıza iş açacaqlar" deyirdim. Vüqar Ruslanı təhqir edirdi, ona dayan deyirdi. Ruslan Vüqara deyirdi ki, mənə dəymə məni qan aparır. Gör sənə nə edəcəm. Lakin Vüqar ona çatıb Ruslanı yerə yıxdı. Və ona bıçaqla zərbələr vurmağa başladı. Sonra isə onu Morul arxına tulladı. Mən qorxub qaçmağa başladım. Birdən yadıma düşdü ki, mantom maşında qalıb. Qayıdıb onu götürdüm. Vüqarı da çağırdım ki, gəl gedək artıq Ruslan öldü. Vüqar bıçağı Ruslanın bədənindən çıxara bilmədiyini bildirdi. Birdən Ruslanın telefonuna zəng gəldi. Mən hadisə yerindən uzaqlaşdım, çəkələyim maşında qalmışdı. Vüqar qoymadı ki, bir də geri qayıdım. Biz evə gəldik. Üstümüzün qanını təmizlədik. Vüqar mənə bildirdi ki, əgər qəhbəlik edib bu barədə kiməsə nəysə desən səni öldürəcəm. 

Qeyd edək ki, biz heç kimin tərəfindən çıxış etməyərək və heç kimə vəkillik etməyərək 13 il öncə baş vermiş qanlı cinayət işinin izinə düşüb bir hüquqşünas, jurnalist kimi Azərbaycan mətbuatında heç kimin ata bilməyəcəyi addımı ataraq çox geniş araşdırmalar aparırıq. Hüquqi cəhətdən əsaslandırılmış prokuror aktına və dövlətin adından çıxarılmış məhkəmə qərarlarına əsaslanaraq heç bir qərəzə yol vermədən bu qanlı hadisənin nəticələrini, dəhşətli təfərrüatlarını dərc edirik. Bizdən fərqli olaraq, bu gün bəzi müxalifət qəzetləri qisasçılıq zəminində, daha dəqiq desək, torpaq sahəsinin üstündə yaranan mübahisəyə görə prezidentin təyin etdiyi icra başçısının oğlunu öldürməklə ondan qisas alan Vüqar Əliyev və Lamiyə Quliyevanı qəhrəman kimi təqdim edirlər. Bu mətbuat orqanlarının hansı məqsədlərinə nail olmaq istədikləri artıq üzə çıxdı. 

Onu da bildirək ki, dövləti və dövlətçiliyi qoruduğuna görə bəzi şəxslər, eləcə də onların balaları əziyyət çəkirlər. Buna misal kimi göstərə bilərik ki, dövlətin torpağının zəbt olunması üstündə adları çəkilən şəxslər Aslan Aslanovdan qisas almaq istəyiblər. Və onun oğlunu heç bir günahı olmaya-olmaya öldürüblər. Bəzi müxalifət qəzetləri hər zaman olduğu kimi, bu məsələdə də öz çirkin, təxribatçı hərəkətlərindən əl çəkmirlər. Bizim oxuduğumuz yazılarda, məhkəmə qərarları və ittiham aktlarında Lamiyə Quliyeva və Vüqar Əliyev heç də qəhrəman obrazında göstərilmir. Vüqar Əliyev "xalası qızı" ilə çıxdığı hoqqalara, Lamiyə Quliyeva isə əxlaqsızlığa uyğun formada göstərilir. Nəhayətdə isə Lamiyə Quliyevanın həbsxanada bic uşaq dünyaya gətirdiyi üzə çıxdı. Lamiyənin burada nə udduğu açıq-aydın şəkildə görünür. Vüqar Əliyevin həyat yoldaşının redaksiyaları qapı-qapı gəzməsi isə "zon" qanunlarına görə "zapadlo" sayılır. Yaxın günlərdə bu cinayət işi ilə bağlı əldə etdiyimiz dəhşətli faktları, uşağın atasının kim olmasını və hadisənin tam təfərrüatı barədə tükürpədən yazı dərc edəcəyik. 

O da bildirilir ki, bəzi şəxslər bu cinayət işindən öz çirkin məqsədləri üçün istifadə edir. Onların da adına aydınlıq gətirəcəyik. Lamiyə Quliyeva Vüqara deyib ki, əgər sən Ruslanı öldürməmişdinsə, nə üçün gəlib bizdə əllərini daşa sürtürdün ki, əl izlərin bilinməsin.Nə üçün? Bu haqda gələn saylarımızda.

(Ardı var)