“Land Cruiser”lə toqquşan “Qaz 31” yandı

“Land Cruiser”lə toqquşan “Qaz 31” yandı
Oxunma sayı: 723

Bakıda toqquşan iki maşından biri alovlanıb. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hadisə yanvarın 31-də Salyan yolu küçəsində baş verib. 

Ağsu rayon sakini, 1983-ci il təvəllüdlü Səfa Mirzəyev idarə etdiyi "Qaz 3110" markalı avtomobillə  Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü İsmayıl Qarayevin idarə etdiyi "Toyota Land Cruiser" markalı maşını arxadan vurub. 
Qəza nəticəsində "Qaz 3110"un mühərrik hissəsində qısa qapanma baş verib və maşın yanıb. Bir müddət sonra maşın söndürülüb və xəsarət alan olmayıb. 

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi