Las-Veqas terrorunda ölənlərin sayı artıb - 58 ölü, 500 yaralı + Yenilənir

Las-Veqas terrorunda ölənlərin sayı artıb
Oxunma sayı: 5165

Las-Veqasda naməlum şəxs şəhərin ən iri kazinolarından olan Mandalay Bayın yaxınlığında atəş açıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, silahlı şəxsin Mandalay Bay Hotelinin eyvanından konsertə gələnlərə atəş açdığı ehtimal edilir. İnsident nəticəsində iki nəfər ölüb, 24 yaralı var. 

Şahidlərin sözlərinə görə, atəş açan bir neçə şəxs olub. Lakin polis rəsmi olaraq məlumatı təsdiqləməyib. 

Mandalay Bayda atəş açdığı ehtimal edilən şübhəli zərərsizləşdirilib. Bu barədə şəhər polisi tvitter hesabında yazıb. 

Las-Veqasın Mak-Karran aeroportu müvəqqəti olaraq işini dayandırıb. 

***

Ölənlərin sayı 20-yə çatıb, yaralı isə 100 nəfərdir. 

***

Las-Veqasda ölənlərin sayı 50-yə çatıb. Yaralı sayı 200-dür. Polisin məlumatına görə, silahlı şəxs atəş açdığı otelin 32-ci mərtəbəsində öldürülüb. 
Las-Veqas polisi Marilou Danley adlı asiyalı qadının fotosunu tvitter hesabında paylaşıb. Qadının silahlı hücumla əlaqəsi olduğu ehtimal edilir.

***

Son məlumatlara görə, ölənlərin sayı 58-ə çatıb. 500 nəfərin də yaralı olduğu açıqlanıb. Yarlılardan vəziyyəti ağır olanlar var. Ölənlərin sayının artma ehtimalı olduğu bildirilir.






Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi