Las-Veqasda atışma nəticəsində ölənlərin sayı artıb

Las-Veqasda atışma nəticəsində ölənlərin sayı artıb
Oxunma sayı: 1039

ABŞ-ın Nevada ştatının Las-Veqas şəhərində baş verən silahlı insident nəticəsində ölənlərin sayı 59 nəfərə çatıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə şəhərinin şerifi Cozef Lombardo bilddirib.  

“Yaralıların sayı artıb və 527 nəfər təşkil edir. Ölənlərin sayı isə hazırda 59 nəfərə çatıb. Bu yekun say deyil və daha da arta bilər”, - deyə şerif vurğulayıb.

Daha əvvəl ölənlərin 58, yaralıların isə 515 nəfər olduğu bildirilmişdi.

Polis hadisəni törədən Stiven Peddokun evində daha 18 ədəd silah və partlayıcı maddə aşkar edib.

Qeyd edək ki, artıq Las-Veqasda hadisə baş verən dairədə fövqəladə vəziyyət edlan edilib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi