Lassa qızdırmasından 31 nəfər ölüb

lassa-qizdirmasindan-31-nefer-olub
Oxunma sayı: 1154

Nigeriyada Lassa qızdırmasından 31 nəfər ölüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Nigeriyanın səhiyyə naziri İsaak Adevole Folorunşo  sözlərinə görə, Lassa qızdırmasından 105 xəstələnmə qeydə alınıb. Xəstəliyə yoluxanlar arasında 10 tibb işçisi var və onlardan 4-ü artıq ölüb.

Ümumilikdə isə ölənlərin sayı 31-ə çatıb.