Latın Amerikası gəncləri “İpək Yolu”nu tapdılar

latin-amerikasi-gencleri-ipek-yolunu-tapdilar
Oxunma sayı: 648

Gənclər və İdman Nazirliyinin dəvəti ilə ölkəmizə gələn nümayəndə heyətinin səfəri "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Qonaqlar“Böyük İpək Yolu” Gənclər İttifaqının fəaliyyəti ilə yaxından tanış olublar. İttifaqın sədri, deputat Fuad Muradov qonaqlara təşkilatın fəaliyyəti və prioritetləri barədə məlumat verib. Qeyd olunub ki, 30-dan çox ölkəni əhatə etmiş qədim “İpək Yolu” marşurut u ilə Şərqdən Mərkəzi Avropa ölkələrinə əvvəlcə ipək daha sonra ədviyyat, qızıl, gümüş, mirvari və s. daşınıb.Mövcud olduğu dövrdə Böyük İpək yolu keçdiyi Ölkələrin həyatında mühüm rol oynayaraq, onların əlaqələrinin inkişafma böyük təkan verib. “Azərbaycan hələ o vaxtlar da bu nəhəng yolun əsas ticarət və nəqliyyat qovşaqlarından biri olub” –deyən F.Muradov qeyd edib ki, tarixi İpək Yolunun bərpası üzrə aparılan işlər Azərbaycan Respublikasının dünya birliyi ölkələri ilə inteqrasiyanın daha da güclənməsinə xidmət edir. “Bizim təşkilat bu tarixi yol üzərində yerləşən ölkələrdə yaşayan gənclərlə əlaqə qurmaq, informasiya mübadiləsi etmək və əlaqələri həyata keçirməyi prioritet kimi qarşısına qoyub”-deyə deputat qeyd edib.

Kolumbiya, Kosta-Rika, Meksika və Panamadan olan gənclər təşkilatın fəaliyyəti və həyata keçirdiyi layihələri ilə maraqlanıblar. Qonaqlar Azərbaycanın siyasi sistemi, parlamentdə təmsil olunan partiyaların sayı, gənclər təşkilatının fəaliyyətinə dair suallar veriblər. Görüşdə Latın Amerikasından olan 50-dək gənc iştirak edib.