Lavrov Ankaradadır

lavrov-ankaradadir
Oxunma sayı: 2554

Rusiyanın xarici işlər naziri Sergey Lavrov 10-cu Səfirlər Konfransında iştirak etmək üçün Ankaraya gedib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Lavrov sabah konfransdan sonra türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşəcək. Lavrovla Çavuşoğlu ölkələr arasındakı ikitərəfli münasibətlərlə yanaşı, başda Suriya olmaqla, bir sıra regional məsələni müzakirə edəcəklər.

Görüşdən sonra hər iki nazir birgə mətbuat konfransı keçirəcək.