Lavrov bu gün Azərbaycana gəlir - Qarabağ müzakirə ediləcək

lavrov-bu-gun-azerbaycana-gelir
Oxunma sayı: 1274

Rusiya Xarici işlər naziri Sergey Lavrovun Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiyanın XİN rəsmisi Mariya Zaxarova həftəlik brifinqdə çıxışı zamanı deyib. Zaxarova bildirib ki, bu mövzudan yan keçilməyəcək:

“Dağlıq Qarabağ münaqişəsinin nizama salınması mövzusu hər zaman rusiyalı nazirin həm Bakıya, həm də Yerevana səfəri zamanı əsas mövzulardan biri olur. Bu mövzu hər iki ölkə üçün mühümdür, Rusiya isə bu prosesdə həmsədr ölkədir”. 

Qeyd edək ki, bu gün Sergey Lavrovun Azərbaycana ikigünlük səfəri başlayır. O, Bakıda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.