Lavrov gəlir

lavrov-gelir
Oxunma sayı: 648

“Qafqazinfo”nun Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib. A. Lukaşeviçin sözlərinə görə, nazirin səfəri Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinə həsr edilib: “20 il ərzində xalqlarımız arasında münasibətlərin mehriban qonşuluq və dostluq ruhunda möhkəmləndirilməsinə yönəldilmiş əməkdaşlığın yüksək səviyyəsi əldə edilib. Biz Azərbaycanı regionda strateji tərəfdaş hesab edirik”.
Onun sözlərinə görə, nazirin cari səfəri Azərbaycan və Rusiya münasibətlərinin möhkəmləndirilməsi ilə bağlı dialoqun davamı kimi nəzərdən keçirilir.
XİN nümayəndəsi deyib ki, ötən il ölkələr arasında mal dövriyyəsi 2,5 milyard dolları ötüb və təbii ki, potensial daha böyükdür və iki ölkənin humanitar sahədə maraqlı qarşılıqlı fəaliyyət forması var.
“Məmmədyarovla görüş zamanı ikitərəfli münasibətlərin bütün spektrləri, regional problemlər və Dağlıq Qarabağ münaqişəsi intensiv müzakirə ediləcək", - XİN nümayəndəsi bildirib.
Qeyd edək ki, Sergey Lavrov aprelin 2-4-də Azərbaycana səfər edəcək.