Lavrov İrəvana Medvedevin təkliflərini aparır

lavrov-irevana-medvedevin-tekliflerini-aparir
Oxunma sayı: 650

“Qafqazinfo”nun Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, Ermənistan rəhbərliyi ilə görüşlərin gedişatında Rusiya xarici siyasət şöbəsinin başçısının Dağlıq Qarabağ münaqişəsinin nizama salması üzrə Rusiya prezidenti Dmitri Medvedyevin yeni təkliflərini təqdim edəcəyi gözlənilir.

Qeyd edək ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu jurnalistlərə açıqlamasında yaxın vaxtda Lavrovun Azərbaycana səfər edəcəyini bildirmişdi. Lavrov özü isə Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla keçirdiyi görüşdən sonra mətbuat konfransında ən yaxın zamanda Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə işin davam etdiriləcəyini bəyan etmişdi.

Nərgiz Ehlamqızı