Lavrov Kim Çen Inla görüşüb

lavrov-kim-cen-inla-gorusub
Oxunma sayı: 1214

Rusiya XİN rəhbəri Sergey Lavrov Şimali Koreya lideri Kim Çen Inla görüşüb.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, görüş rusiyalı nazirin bu ölkəyə səfəri çərçivəsində baş tutub. Lavrov dövlət başçısını Rusiyaya dəvət edib. 

Qeyd edək ki, Lavrovun Kim Çen Inla görüşəcəyi ilə bağlı daha əvvəl mətbuata məlumat verilməyib. 

Lavrov bundan əvvəl isə Şimali Koreyanın XİN rəhbəri Li Yen Xo ilə görüşüb.