Lavrov Kim və Trampı dalaşan uşaqlara bənzətdi

lavrov-kim-ve-trampi-dalasan-usaqlara-benzetdi
Oxunma sayı: 1390

Rusiya xarici işlər naziri Sergey Lavrov BMT-nin 72-ci sessiyası çərçivəsində keçirilən mətbuat konfransında iştirak edib.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, S.Lavrov ABŞ prezidenti Donald Trampın “Şimali Koreyanı yox edərik” sözləri ilə bağlı verilən suala belə cavab verib:

“Qarşılıqlı davam edən təhdidlər Koreya yarımadasında müharibəyə əsas verə bilməz. Qəzəbi sakitləşdirmək məcburiyyətindəyik… Kim və Trampın qarşılıqlı xəbərdarlıqları uşaq davalarına oxşayır…”