Lavrov Qaşıqçı cinayətindən danışdı - “Mənim işim deyil”

lavrov-qasiqci-cinayetinden-danisdi
Oxunma sayı: 1952

“Rusiya bütün dünyada istənilən hüquqi vəziyyətdə subsidiarlıq prinsipinə hörmət edir”.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov İstanbulda qətlə yetirilən jurnalist Camal Qaşıqçı cinayətini şərh edərkən deyib:

“Səudiyyə Ərəbistanı Türkiyə hökuməti ilə birgə işləyərək tədqiqatları davam etdirir. Biz də tədqiqatların nəticəsinin təqdim edilməsini istəyirik. Sonra nə olacağını demək isə, açığı, mənim işim deyil. Biz subsidiarlıq prinsipinə hörmət edirik”.