Lavrov və Tillerson arasında telefon danışığı olub

Lavrov və Tillerson arasında telefon danışığı olub
Oxunma sayı: 357

Rusiya XİN rəhbəri Sergey Lavrov və ABŞ dövlət katibi Reks Tillerson arasında telefon danışığı olub.

“Qafqazinfo” “Gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə  Rusiya XİN-nin saytında məlumat yayılıb.

Məlumata əsasən, tərəflər Suriyada terrorçuların məhv etdirilməsi üzrə səyləri müzakirə ediblər.   

Bundan əlavə Lavrov vurğulayıb ki, BMT və Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının (KSQT) Suriyada kimyəvi hücumların araşdırılmasına dair birgə mexanizmin siyasiləşdirilməsinin yolverilməzdir.

Rusiya XİN rəhbəri daha əvvəl ABŞ və ölkəsi arasında münasibətlərin çox aşağı səviyyədə olduğunu qeyd etmişdi.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi