Lavrov yeni erməni həmkarı ilə Dağlıq Qarabağdan danışacaq

lavrov-yeni-ermeni-hemkari-ile-dagliq-qarabagdan-danisacaq
Oxunma sayı: 1333

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Moskvada erməni həmkarı Zöhrab Mnatsakanyanla ikitərəfli münasibətləri və Dağlıq Qarabağ məsələsini müzakirə edəcək.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Rusiya XİN-nin informasiya və nəşr departamentinin direktor müavini Artyom Kojin məlumat yayıb: "Mayın 14-də prezident Vladimir Putinlə baş nazir Nikol Paşinyanın Soçi görüşündən sonra ikitərəfli münasibətlərin geniş müstəvidə müzakirəsi gözlənilir. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi ilə bağlı fikir mübadiləsi də aparılacaq". 

Qeyd edək ki, bu, Ermənistanda hökumət dəyişikliyindən sonra Rusiyada keçiriləcək ilk görüş olacaq. Mnatsakanyan xarici işlər naziri postuna mayın 12-də təyin edilib.