Lavrovun başına iş gəldi - Forumda dizi üstə yıxıldı + Video

lavrovun-basina-is-geldi
Oxunma sayı: 10613

Rusiya Xarici işlər naziri Sergey Lavrov Moskvada keçirilən “Rusiya imkanlar ölkəsidir” adlı forumda səhnəyə çıxan zaman yıxılıb.

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən xəbərinə görə, S. Lavrov pilləkənə ilişərək dizi üstə yıxılsa da, tez qalxaraq öz yerində əyləşib.

Diplomat çıxışına yıxılmağı ilə bağlı zarafatla başlayıb:

“Görürsünüz? İlişdim. Yaxşı ki, diplomatik cəbhədə yox, forumda yıxıldım”.