Lavrovun Yaponiyaya səfərinin tarixi dəqiqləşdi

lavrovun-yaponiyaya-seferinin-tarixi-deqiqlesdi
Oxunma sayı: 782

Rusiya XİN rəhbəri Sergey Lavrovun Yaponiyaya səfərinin tarixi müəyyənləşib.

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Yaponiya XİN-i məlumat yayıb.

Məlumata əsasən, cümə günü Münhendə Lavrov yaponiyalı həmkarı Taro Kono ilə görüşüb.

Tərəflər sıx əlaqələrin vacibliyini vurğulayıblar. Bundan əlavə Rusiya XİN rəhbərinin martın 21-də gündoğan ölkəyə səfəri barədə razılığa gəlinib.