“Layihəyə 1 milyard dollar vəsait qoyulub”

Xəbər verdiyimiz kimi bu gün Qaradağ rayonunda, SOCAR-ın “Caspian Drilling” Şirkətinin dəniz təchizat və logistika bazasında Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılış mərasimi keçirilib.

“Məhsula bir neçə dəfə dərman vurulmasa…”

Türkiyədə PKK-ya qarşı əməliyyat - 1 şəhid, 2 yaralı

Həkim bu ailəyə 30 min dollar “atdı”

Şamaxıda sel iki körpünü uçurub - Bir kəndlə əlaqə kəsildi

25 yaşlı gənc araq içib komaya düşdü - Tovuzda

Mançesterdəki terakta görə 5 nəfər saxlanıldı

Müddət 28 gündür...

Məşhur ər-arvadın pijamalı - Fotosu

“Fitch” Beynəlxalq Bankın reytinqini endirdi

Cakartada 2 dəfə partlayış olub, ölən və yaralananlar var

“Diplom haqqında arayış” elektron xidməti yeniləndi

Azərbaycanda 3 milyon vətəndaş vergi ödəmir

İlham Əliyevdən krala - Təbrik

Azərbaycanda 2020-ci ilədək hansı beynəlxalq tədbirlər keçiriləcək? - Siyahı

Rus aktrisanın Ukraynaya girişinə qadağa qoyuldu

Amerika lideri xanımı ilə Brüsselə getdi

İrinadan möhtəşəm dönüş - Doğuşdan sonra...

Azərbaycanda əcnəbi işçi qüvvəsinin sayı azalıb

Roma Papasından Əliyevə təbrik

Rusiyadan Türkiyəyə günəbaxan yağının idxalı dayandırıldı

İngiltərə təyyarəsi ABŞ-da təcili eniş etdi - Stüardessalar huşunu itirib

Prezidentdən “Güzəştli mənzil”lə bağlı - Fərman

11 ailəni sevindirən “Şans mələyi...”

Bulvarda 21 yaşlı oğlan özünü dənizə atdı

Maşallah Əhmədov məhkəmədə əsəbiləşdi - “Adam kişi olar”

Mərkəzi Bank məzənnəni açıqladı

Azərbaycan özü Avropaya çox şeyi öyrədə bilər

Son günlərin ən populyar paylaşımı - Video

Penitensiar Xidmətin maşını qəzaya düşdü

Binəqədi yanğını ilə bağlı məhkəmə oldu

“Qəddar” baş nazir istefa verdi

Messiyə 21 aylıq həbs cəzası verildi

250 manatlıq tələ - Video

Az bal yığan abituriyent özünü öldürmək istədi - Azərbaycanda

Əl sıxmada Trampa “qalib gələn” ilk dünya lideri oldu - Video

“Fənərbaxça” Azərbaycan millisinin üzvü ilə müqavilə imzaladı

15 il gözləmədi, özünü asdı

Beynəlxalq Bank nağdsız əməliyyat dövriyyəsi ən yüksək olan bankdır

Sumqayıtda məktəblərin stadionu satılıb - Video

“Süni mayalanma xidmətlərinin inkişafı” ilə bağlı seminar keçirilib

Qərb Universitetində İndoneziya səfiri ilə görüş keçirilib

Nazirlikdən dərs ilinin uzadılması haqda təşəbbüs

Röya “Qarabağ”ın futbolçusu haqda - “O, mənim canımdır”+Foto

Hakim generala məktub göndərdi - “26 noyabr 2016-cı il tarixdən sonra...”

Kvekveskiri təsdiqlədi - Qazaxıstana gedir

Eynicinsli nikahları qanuniləşdirən ilk Asiya ölkəsi oldu

Özü oxudu, əri müşayiət etdi - Xalq artistinin toyundan video

Trampla papanın 30 dəqiqəlik “soyuq” qarşılaşması

Mövlud Mövludun ilk kitabı...

79 yaşlı kişinin dəhşətli intiharı

Ermənistan təmsilçisinin etirazı narazılığa səbəb olub

"Bank of Baku" nağdsız əməliyyat üzrə lider bank oldu

Quran kursları ilə bağlı xəbərdarlıq

“Lotu Yusif”ə 17 il həbs cəzası verildi

“Qəbələ” “Trabzonspor”un futbolçusunu heyətinə qatacaq

Əli Abbasova yeni vəzifə verildi

Nazarov “Aue”dən ayrılır?

Külək əsəcək, yağış yağacaq

Kamal Əhməd dünyası “Xalq Əmanəti”ndə - Fotolar

Özünü bankın qabağında yandıranın kimliyi məlum oldu

Fətva verildi...

Qadınları Türkiyəyə aparan Səkinə məhkəmə qarşısında

Melaniya başını Ər-Riyadda deyil, Vatikanda bağladı...

Azərbaycan Türkiyəyə qarşı

İŞİD kilsəyə hücum etdi, keşiş və camaatı girov götürdü

Elnarə Bakıda “Mini Hollivud” yaratdı - Fotolar

Azərbaycanlı tələbə Çində fitnes-model yarışının qalibi olub - Fotolar

Bakının mərkəzində dəhşət - Özünü bankın qarşısında yandırdı+Foto

Beynəlxalq Bankı kim özəlləşdirə bilər?

DİN güllələnmə ilə bağlı məlumat yaydı

Sabah imtahan var

Nika Kvekveskiri “Tobol”da

Avtobuslar nə qədər tamaşaçı daşıdı?

Kəbirə Məmmədovanın bacısının evi yandı - Mühafizəçi öldü

AZAL Tərlan Əhmədovla yolları ayırdı

“Beynəlxalq Bankın reytinqləri aşağı salına bilər” - 1-ci müavin

İngiltərədə terror törədən 22 yaşlı Salmanın fotosu yayıldı

““Barselona” “Real”ı udmaq üçün bizə rüşvət verdi” - “Malaqa”nın prezidenti

Fəxrəddin Manafov həyat yoldaşı ilə - Fotolar

Kişilər əlləri cibində darıxır…

Mehriban Zəkidən Alanyada canlı ifa - Fotolar+Video

Azərbaycan Universitetində “Karyera Günü” keçirilib

“Qarabağ” İtaliyalı hücumçu transfer edir

Bilgəhdə güllələnmə

Atəşkəsi minaatanlarla pozdular

Sürücülərə satılan benzinin keyfiyyəti necədir?

“Azneft” dairəsi bağlandı

“Əsas məsələ odur ki, buna nail olmuşuq” - Natiq Əliyev

Beynəlxalq Bank özəlləşdirilir - Nazirdən açıqlama

Mənzillərin qiyməti bahalaşa bilər

Zəvvarları daşıyan avtobus çaya düşdü - 22 ölü

Ən yüksək terror təhlükəsi elan edilib

Tramp bu dəfə Romada pərt oldu - Video

“28 May” metrostansiyası qarşısında bıçaqlanma olub

“Ayaks” “Mançester Yunayted”ə qarşı - Yenilənir

ABŞ Əfqanıstana yardımı 700 milyon dollar artırmaq istəyir

“Terrorizmə qarşı koalisiyanın yaradılmasını bütün dinlərin vəzifəsidir” - Ağ Ev

Bakıda 38 yaşlı kişi intihara cəhd edib

İğtişaşlarda öldürülənlərin sayı 55-ə çatıb

Ümumdünya Səhiyyə Təşkilatının yeni rəhbəri seçilib

“Layihəyə 1 milyard dollar vəsait qoyulub” - Prezident

“Layihəyə 1 milyard dollar vəsait qoyulub”
Oxunma sayı: 6390

Xəbər verdiyimiz kimi bu gün Qaradağ rayonunda, SOCAR-ın “Caspian Drilling” Şirkətinin dəniz təchizat və logistika bazasında Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılış mərasimi keçirilib. “Qafqazinfo” AzerTac-a istinadən xəbər verir, prezident İlham Əliyev mərasimdə çıxış edib və bunu ölkə həyatında əlamətdar gün kimi qiymətləndirib:

“Bu, Azərbaycan neft sənayesində çox tarixi bir hadisədir. Çünki bu günə qədər Azərbaycanda bu böyüklükdə qazma qurğusu tikilməmişdir. Bu qazma qurğusunun inşaatında iştirak etmiş bütün işçiləri, əməkdaşları təbrik edirəm, onlara minnətdarlığımı bildirirəm. Şadam ki, belə bir nəhəng qurğu Azərbaycanda inşa edilib. Bu qurğunun inşasında iştirak edənlərin mütləq əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. Burada biz xarici tərəfdaşlarla növbəti əməkdaşlıq layihəsinin uğurla icra edilməsini görürük. Əlbəttə, bu, reallıqdır. Çünki uzun illərdir Azərbaycan xarici tərəfdaşlarla uğurla əməkdaşlıq edir. Xarici şirkətlər Azərbaycana investisiyalar yatırırlar. Bu qurğuya isə investisiyalar Azərbaycan dövləti tərəfindən qoyulub. 

Biz neftdən əldə edilmiş gəlirləri, o cümlədən belə nəhəng layihələrə yönəldirik. Bu layihənin icrası üçün həm Dövlət Neft Fondundan, həm Dövlət Neft Şirkətindən qoyulan vəsait təqribən 1 milyard dollara yaxındır. Yəni, bu, həm bizim gücümüzü, həm də imkanlarımızı göstərir. Həm də onu göstərir ki, Azərbaycanda neft sənayesi uğurla inkişaf edir. Xarici şirkətlər tərəfindən Azərbaycana sərmayə qoyulanda bizim əsas şərtlərimizdən biri o idi ki, Azərbaycanda bu sərmayələr, eyni zamanda, neft sənayesinin inkişafına xidmət göstərsin. Azərbaycanda iş yerləri yaradılsın, bizim işçilər yaxşı maaş alsınlar, onların peşəkarlığı artsın, onlar üçün təlim kursları keçirilsin və bu gün biz bunu görürük. Bu gün Azərbaycan vətəndaşları bütün əsas neft layihələrində uğurla işləyirlər və həm özlərinə, həm də ölkəyə böyük fayda verirlər.

Təsadüfi deyil ki, bu qazma qurğusuna ulu öndər Heydər Əliyevin adı verilib. Heydər Əliyev Azərbaycanın müasir neft sənayesinin banisidir. Heydər Əliyevin neft strategiyası bu gün uğurla icra edilir. 

O cümlədən dərin özüllər zavodunun tikintisi Ulu Öndərin təşəbbüsü ilə 1970-ci illərdə başlamışdı. Əgər o vaxt bu zavod Azərbaycanda tikilməsəydi, - yəqin, siz də eşitmişiniz ki, başqa variantlar da var idi, - Xəzərin digər sahillərində belə zavodun tikintisi nəzərdə tutulurdu. Heydər Əliyevin müdaxiləsi və səyləri nəticəsində dərin özüllər zavodunun tikintisi üçün yer Bakı seçildi. O zavodun bu gün neft sənayemizin, ümumiyyətlə, ölkəmizin inkişafı üçün əvəzolunmaz rolu var. 

1994-cü ildə “Əsrin kontraktı”nın imzalanması tarixi hadisə idi və mən o günləri yaxşı xatırlayıram. Bu mərasimdə iştirak edən hörmətli Xoşbəxt müəllimlə birlikdə biz danışıqlarda iştirak etmişik. Biz 1994-cü ilin may ayında İstanbulda və iyul-avqust aylarında isə Amerikanın Hyuston şəhərində danışıqlar aparırdıq ki, Azərbaycan üçün ən məqbul şərtləri təmin edək. Eyni zamanda, elə edək ki, xarici investorlar da qaçmasın və onlar üçün də yaxşı şərait yaradılsın. Hesab edirəm ki, biz hər iki tərəf üçün məqbul variantı əldə etdik. Gərgin danışıqlar nəticəsində 1994-cü ilin sentyabrında “Əsrin kontraktı” imzalandı və bu gün uğurla icra edilir. “Əsrin kontraktı” imzalanmasaydı, indi Azərbaycan bu qədər inkişafa nail ola bilməzdi. Bunu hamı bilməlidir.

Bizim uğurlu inkişafımızın əsas mənbəyi “Əsrin kontraktı”dır və o layihədən əldə olunan gəlirlərdir. Biz gəlirləri uğurla digər sahələrə yönəltdik. Əlbəttə ki, neft-qaz əməliyyatlarının davam etdirilməsi prosesi getmişdir, “Şahdəniz” layihəsi 1996-cı ildən başlayaraq uğurla icra olunur. Hazırda biz digər layihələr üzərində işləyirik. 

Digər perspektivli layihələrimiz də gündəlikdədir. “Ümid”, artıq orada işlər gedir. “Babək”, “Qarabağ” layihələrinə xarici şirkətlər yenə də maraq göstərirlər. 

Mən bu gün, eyni zamanda, xarici tərəfdaşlarla əməkdaşlığımızı da qeyd etmək istəyirəm. Bu əməkdaşlıq çox sağlam təməl üzərində qurulubdur. Həm investor, həm də kontraktor şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərirlər. Əlbəttə ki, onların öz korporativ maraqları var. Bizim isə dövlət maraqlarımız var və bu maraqlar üst-üstə düşür. Hesab edirəm ki, Azərbaycanda xarici investorlar üçün çox gözəl şərait yaradılıb. Bütün kontraktlar qanunla təsdiqlənir ki, bu da investorlarda inam yaradır.

Mənə verilən məlumata görə, qurğunun qazma dərinliyi 12 min metrə bərabərdir, çəkisi isə 26 min tondur. Bax, bu rəqəmlər özlüyündə göstərir ki, biz nə qədər böyük bir layihəyə start verdik. 

 

 






Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi