“Lazım oldu-olmadı vəhhabiləri həbs edirlər”

lazim-oldu-olmadi-vehhabileri-hebs-edirler
Oxunma sayı: 1886


Zaqatala Rayon Məhkəməsi rayonda vəhhabi kimi tanınan Adil Rəcəbovun 20 sutka azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. A. Rəcəbov polisə müqavimət göstərməkdə təqsirli bilinir. O, mayın 3-də Zaqatala rayonunun Muxax kəndində saxlanılıb.   Qeyd olunur ki, A.Rəcəbov hacı Qamət Süleymanovun müavinlərindən biridir.    

Teleqraf.com əhli-sünnə üzvünün həbsilə bağlı Q.Süleymanovun münasibətini öyrənib. Hacı Qamət bildirdi ki, A.Rəcəbov onun müavini olmayıb: "Hansı əhli-sünnə üzvünü həbs edirlərsə deyirlər ki, Hacı Qamətin müavinidir. Adil Rəcəbov inanclı qardaşımızdır. Nəyə görə saxlanıldığını bilmirik. Təəssüf ki, rayonlarda əhli-sünnə üzvlərinə qarşı dözümsüzlük nümayiş etdirilir. Lazım oldu-olmadı onları həbs edirlər. Adil Rəcəbov azadlığa çıxandan sonra işlə maraqlanacağıq. Hələ ki, heç bir addım atmaq fikrimiz yoxdur. Bəlkə, onu həbs etmək üçün əsaslar olub, bəlkə də böhtandır. İndidən heç nə deyə bilmərik".