“Lazım olsa müdaxilə etməyə hazırıq” - İran ordusu

lazim-olsa-mudaxile-etmeye-haziriq
Oxunma sayı: 2438

İran ordusunun komandiri Əbdülrəhim Musəvi ölkədə baş verən aksiyalar barədə danışıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, o, polislərin mitinqləri dağıtdığını, amma lazım olarsa ordunun da müdaxilə edə biləcəyini deyib:

“Bu kor fitnə çox kiçik miqyaslı idi. Xalq özü də buna müdaxilə etdi. Amma hələ də kiçik miqyasda etirazlara davam edən ABŞ-ın əmrindəki avaralara müdaxilə etməyə hazırıq”.

Qeyd edək ki, aksiyalar zamanı 29 nəfər ölüb, 500-dən çox adam isə həbs olunub.