Ledi Qaqa nişanlısından ayrıldı

ledi-qaqa-nisanlisindan-ayrildi
Oxunma sayı: 1518

Dünyaca məşhur müğənni Ledi Qaqa nişanlısı Kristian Karinodan ayrılıb. “Qafqazinfo” xəbər verir ki, onlar iki illik münasibətlərinə nöqtə qoyublar. 

Ayrılıq dedi-qoduları “Qremmi” mükafat mərasimindən sonra başlayıb. Belə ki, sənətçi tədbirdə nişan üzüyünü taxmayıb, gecəyə tək qatılıb.Həmçinin pop ulduz sevgililər günündə instaqram səhifəsində döyməsinin şəklini paylaşıb, sevgi ilə bağlı status yazmayıb. 

Onların ayrılıq səbəbi hələlik mətbuata məlum deyil. Lakin Qaqa “People” jurnalına açıqlamasında Kristianla yollarını ayırdığını təsdiqləyib.