Ledi Qaqadan Kuperlə bağlı şayiələrə cavab - “Hə, hamiləyəm...”

ledi-qaqadan-kuperle-bagli-sayielere-cavab
Oxunma sayı: 2146

Aktyor Bredli Kuperdən hamilə olduğu deyilən müğənni Ledi Qaqa haqqında yazılanlara cavab verib.

“Qafqazinfo”nun məlumatına görə, ifaçı Tvitter səhifəsində xəbəri təkzib edib: “Hamiləyəm? Hə, mən hamiləyəm, amma “#LG6” albomuna”. 

Qeyd edək ki, Qaqa 2016-cı ildən üzərində işlədiyi albomu bu il təhvil verməlidir.

Xatırladaq ki, Ledi Qaqanın Kuperdən hamilə olması xəbərini “Star” jurnalı yaymışdı. Bredli Kuper rusiyalı model İrina Şeyklə vətəndaş nikahındadır və cütlüyün bir qızı var.