Ləğv olunmuş bankın balansındakı ev hərracda - 2,4 milyona

legv-olunmus-bankin-balansindaki-ev-herracda
Oxunma sayı: 679

Ləğv prosesində olan “Atra Bank” ASC-nin balansında olan Bakı şəhəri, Nərimanov rayonu, Akademik Ziya Bünyadov prospektində  yerləşən 48E nömrəli fərdi yaşayış evi 10 iyul 2017-ci il tarixdə ilkin  satış qiyməti  2 363 250 (iki milyon üç yüz altmış üç min iki yüz əlli) manat olmaqla açıq hərraca çıxarılıb.

“Qafqazinfo” Əmanətlərin Sığortalanması Fonduna istinadən xəbər verir ki, açıq hərraca cıxarılan əmlakın heç bir alıcısı olmadığı üçün hərrac baş tutmamış elan edilib.

Əmanətlərin Sığortalanması Fondunun “Ləğv prosesində olan bankların əsas vəsaitlərinin satışı üzrə hərracların keçirilmə  qaydaları”na və digər normativ hüquqi aktlara uyğun olaraq hərracın davam etdirilməsinə qərar verilib.

Bundan başqa, ləğv prosesində olan “Royal Bank” ASC-nin balansında olan mebel avadanlıqları, bank reyestrində olan əsas vəsaitlərin inventarizasiya siyahısına uyğun 473 ədəd mebel avadanlıqları ilkin  satış qiyməti: 17 421 (on yeddi min dörd yüz iyirmi bir) manat olmaqla hərraca çıxarılıb.

Bu hərrac da alıcı müraciəti olmadığından baş tutmamış hesab olunub.