Lenin ölümündən 100 il sonra dəfn edilə bilər

lenin-olumunden-100-il-sonra-defn-edile-biler
Oxunma sayı: 1911

SSR-nin qurucusu, 94 ildir cəsədi Mavzoley məqbərəsində saxlanılan Vladimir Lenin dəfn edilə bilər.

“Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, bununla bağlı deputat Vladimir Petrov Nazirlər Kabinetinə müraciət göndərib. O, hesab edir ki, Lenin 2024-cü ildə, ölümünün 100 ili tamam olanda dəfn edilməli, onunla vida mərasimi təşkil edilməlidir. Petrovun fikrincə, Mavzoleydə cəsədin əvəzinə mumdan və ya rezin-polimerdən hazırlanan maket yerləşdirmək olar. 

Aysel Kərimova