Leninin heykəli hərraca çıxarıldı

leninin-heykeli-herraca-cixarildi
Oxunma sayı: 643

“Qafqazinfo” xəbər verir ki, hərracın vaxtı hələ məlum deyildir, lakin “monqol iliç”in ilkin qiyməti 55 milyon tuqrik (33 min ABŞ dolları) olacaq.

Monqolustanda əmlak münasibətlərini idarə edən yerli qurum artıq sifariş qəbuluna başlayıb və hərracın kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə açıq rejimdə keçiriləcəyini vəd edib. Leninin tunc heykəli altmış il bundan öncə Ulan-Bator otellərindən birinin qarşısındakı bağda qoyulub.