Leninin kəlləsi qoparıldı

leninin-kellesi-qoparildi
Oxunma sayı: 642

“Azerimuslims.com” Türkiyə mətbuatına istinadən bildirir ki, Qırğızıstanın Qarabalta şəhərində SSRİ-nin qurucusu V. İ. Leninin 40 il əvvəl qoyulan heykəlinin baş hissəsi qopardılıb.

Şahidlər paytaxt Bişkekdən 60 km aralıqda yerləşən Qarabalta şəhər meydanındakı Lenin heykəlinin baş hissəsinin 2-3 nəfər tərəfindən qopardıldığını deyiblər. Şəhər polisinin insidentlə bağlı təhqiqat başlatdığı xəbərlərdə öz əksini tapıb.

Məlumat üçün deyək ki, Qırğızıstanın müstəqillik əldə etməsindən sonra ölkənin bir çox şəhərlərində Lenin heykəllərinin yığışdırılmasına rəğmən əhalisinin əksəriyyətini rusların təşkil etdiyi Qarabalta şəhərində sakinlərin xahişlərini nəzərə alan hökumət SSRİ-nin qurucusunun büstünə toxunmamışdı.