Lənkəran-Astara zonasına yağış yağacaq

lenkeran-astara-zonasina-yagis-yagacaq
Oxunma sayı: 644

Mülayim cənub-şərq küləyi əsəcək, günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, havanın temperaturu gecə 12-17 dərəcə, gündüz 19-24 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında da hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Lakin Lənkəran-Astara zonasında qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 10-15 dərəcə, gündüz 20-25 dərəcə, dağlarda gecə 6-11 dərəcə, gündüz 16-21 dərəcə isti təşkil edəcək.

Yaxın 2 gün ərzində Abşeron yarımadasında hava şəraitinin nisbətən mülayim, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Nigar Məmmədli