Lənkəran sakini Astarada 5 kiloqram narkotiklə tutuldu

lenkeran-sakini-astarada-5-kiloqram-narkotikle-tutuldu
Oxunma sayı: 1059

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində qaçaqmal yolu ilə gətirilmiş narkotik vasitə olan tiryəki satan Lənkəran şəhər sakini saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Qafqazinfo"ya verilən məlumata görə, Lənkəran şəhər sakini, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqadər məhkum olunmuş Azad Həsənov narkotik vasitə olan tiryəki satdıqdan sonra cinayət başında saxlanılıb. Onun üzərinə və əlində daşıdığı sellafon torbaya keçirilən baxış zamanı 6 bükümdə ümumi çəkisi 5 kiloqram 300 qram narkotik vasitə tiryək aşkarlanaraq götürülüb. Araşdırmalarla həmin narkotik vasitənin Respubika ərazisinə qaçaqmal yolu ilə keçirildiyi müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.