Lənkəran sakini narkotikə görə tutuldu

lenkeran-sakini-narkotike-gore-tutuldu
Oxunma sayı: 901

Lənkəran şəhər sakini Ramil Əsədov narkotik maddələrin və psixotrop tərkibli dərmanların alqı-satqısında şübhəli bilinərək saxlanılıb.

“Qafqazinfo”nun məlumatına görə, o, daxili işlər orqanları tərəfindən keçirilən əməliyyat zamanı tutulub. Şübhəlinin üzərində aparılan axtarış zamanı 102,510 qram tiryək, 8,654 qram heroin, 1,041 qram metamfetamin və 16 ədəd metadon həbləri aşkar olunaraq götürülüb.

Ramil Əsədova qarşı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.