Lənkəran stadionuna baxış keçirildi

lenkeran-stadionuna-baxis-kecirildi
Oxunma sayı: 642

Azerisport.az xəbər verir ki, stadionun ot örtüyünün hazırda qənaətbəxş vəziyyətdə olmamasını nəzərə alan AFFA rəhbərliyi “Xəzər Lənkəran” klubunun rəhbərliyi ilə danışaraq Böyük Britaniyanın STRİ şirkətinin mütəxəssislərini Lənkərana dəvət edib.

Hazırda AFFA-nın əməkdaşları ilə birgə Lənkəran şəhər stadionunda olan böyük britaniyalı mütəxəssislər ot örtüyünün vəziyyəti ilə və qısa vaxt ərzində onun normal hala salınması ilə bağlı 48 saat ərzində rəy hazırlayacaq.

Qeyd edək ki, Böyük Britaniyanın STRİ şirkətinin əməkdaşları daha əvvəl FİFA-nın göndərişi ilə ölkəmizdə olaraq FİFA U-17 qızlararası dünya çempionatı Azərbaycan 2012-də istifadə olunacaq stadionlara baxış keçiriblər.