Lənkəranda 12 otaqlı ev yanıb

lenkeranda-12-otaqli-ev-yanib
Oxunma sayı: 1272

Lənkəranda yanğın olub.

"Qafqazinfo"nun FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun  Nərimanabad qəsəbəsində ümumi sahəsi 240 m2 olan ikimərtəbəli 12 otaqlı evdə baş verib. Nəticədə evin  2-ci mərtəbəsinin 6 otağının və dam örtüyünün yanar konstruksiyaları 120 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.