Lənkəranda 15 yaşlı oğlan süni göldə boğuldu - Yenilənib

lenkeranda-15-yasli-oglan-suni-golde-boguldu
Oxunma sayı: 2922

Lənkəran şəhərinin Qurumba kəndində süni göldə bir nəfər batıb.

“Qafqazinfo” FHN-nin saytına istinadən xəbər verir ki, dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

Lənkəran şəhərinin Qurumba kəndində süni göldə batmış şəxsin axtarışları başa çatıb. 

2003-cü il təvəllüdlü Əlizadə Şaiq Eldəniz oğlunun meyiti Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.