Lənkəranda 3 ədəd tank əleyhinə mina tapılıb - Fotolar

lenkeranda-3-eded-tank-eleyhine-mina-tapilib
Oxunma sayı: 660

Lənkəran şəhərinin Liman qəsəbəsi ərazisində 3 ədəd mina tapılıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə məlumat Dövlət Sərhəd Xidmətindən ANAMA-ya daxil olub.

Məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd tank əleyhinə TM-62M və 1 ədəd tank əleyhinə təlim məqsədli TM-62P3 minası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Minaların ətrafında 300 kv.m əraziyə yerüstü, 30 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.