Lənkəranda 35 yaşlı kişi bıçaqlanıb

lenkeranda-35-yasli-kisi-bicaqlanib
Oxunma sayı: 643

Lənkəranda bıçaqlanma hadisəsi qeydə alınıb.

“Qafqazinfo” “APA”ya istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Nüvədi kəndində qeydə alınıb. Kənd sakini 1982-ci il təvəllüdlü Zahid Zabit oğlu Qəribov bıçaq yarası ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyat olunub. Hadisə kim tərəfindən törədildiyi məlum deyil.

Fakt araşdırılır.