Lənkəranda 4 nəfər dərəyə düşdü - 1 ölü

lenkeranda-4-nefer-dereye-dusdu-1-olu
Oxunma sayı: 650

Maşından düşən Günayın qəfildən ayağının sürüşərək təqribən 150 metrdən artıq dərinlikdə olan dərəyə yuvarlanıb. Bunu görən maşındakı tanışları, Bakı şəhər sakini 25 yaşlı Səid Tofiq oğlu Əliyev qızı xilas etmək üçün dərəyə düşüb.

Hər ikisindən xəbər çıxmadıqda isə digər tanışları, Lənkəran şəhər sakinləri 26 yaşlı Cavid Ədalət oğlu İsayev və 23 yaşlı Zaur Məsləhət oğlu Quluzadə onların dalınca dərəyə enməyə cəhd ediblər. Amma cəhdlər nəticəsiz qalıb və hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin cənub regional mərkəzinin xilasediciləri çağrılıb. Xilasedicilər hadisə yerinə gələndə Günay Musayeva dağ çayının kənarındakı dərədə aldığı xəsarətlərdən ölmüş vəziyyətdə aşkarlanıb. Digər 3 nəfər isə xilas edilərək dərədən çıxarılıblar.

Hazırda Cavid və Zaurun vəziyyəti yaxşı olduğundan ambulator müalicəyə buraxılıb. Səid Əliyev isə Lənkəran Regional Diaqnostika Mərkəzinin travmatalogiya şöbəsində müalicə alır. Həkimlər onların vəziyyətini orta ağır kimi qiymətləndirir.

Qeyd edək ki, artıq faktla bağlı Lerik rayon Prokurorluğunda araşdırmalara başlanılıb. Prokuror köməkçisi Kamal Xasıyev ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, hadisə baş verən ərazidə araşdırmalara başlanıldığını və olayın bədbəxt hadisə olub olmadığının aparılan araşdırmalar nəticəsində məlum olacağını deyib.