Lənkəranda ağır yol qəzası - 1 ölü, 2 yaralı

Lənkəranda ağır yol qəzası
Oxunma sayı: 598

Lənkəranda ağır yol qəzası baş verib.
 
“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə Ələt-Astara yolunun Gərmətük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
 
“VAZ 2106” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində Lənkəran rayonu Avrora kənd sakini,  “VAZ 2106”-nın sürücüsü Əliyev Qalib Fəraməz oğlu dünyasını dəyişib.
 
Sürücünün qızı Əliyeva Rumiyyə və “Mercedes” markalı avtomobilin sürücüsü,  Avrora kənd sakini,  Rzayev Zaur Kamal oğlu isə xəsarət alıb. 
 
Faktla bağlı araşdırmalar davam etdirilir. 

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi